Azərbaycanda fəaliyyət göstərən “Şamaxı” futbol klubu belçikalı hücumçu Jonatan Benteke ilə yollarını ayırıb.
Sport-Az xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıqla ləğv edib. 29 yaşlı hücumçu ötən yay “Şamaxı” klubuna transfer olunmuş və klubla birillik müqavilə imzalamışdı.
Jonatan Benteke məşhur belçikalı futbolçu Kristian Bentekenin qardaşıdır. Kristian “Liverpul”, “Kristal Peles” və “Aston Villa” kimi İngiltərə klublarının şərəfini qoruyub və Belçika milli komandasında çıxış edib.