Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən fiqurlu konkisürən Arina Kaluqina dünya çempionatına qatılmaq hüququ əldə edib.
Sport-Az xəbər verir ki, gənc idmançı ilk dəfə olaraq ölkəni beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edib və İzmir şəhərində keçirilən Ephesus Cup turnirində uğurlu çıxış edib.
Qısa və sərbəst proqramlar üzrə Arina Kaluqina ümumilikdə 173.64 xal toplayaraq, 21 idmançı arasında üçüncü yeri tutub. Bu nəticə ona dünya çempionatına qatılmaq hüququ qazandırıb.