Afrika Millətlər Kuboku-2025: Qrup mərhələsinin püşkü atıldı

27-dən 28 yanvara keçən gecə Mərakeşin Rabat şəhərində Afrika Millətlər Kuboku-2025 turnirinin püşkatma mərasimi baş tutdu.

Qrup mərhələsinin nəticələri belədir:

  • A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları
  • B qrupu: Misir, CAR, Anqola, Zimbabve
  • C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya
  • D qrupu: Seneqal, Konqo Demokratik Respublikası, Benin, Botsvana
  • E qrupu: Əlcəzair, Burkina-Faso, Ekvatorial Qvineya, Sudan
  • F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik

Xatırladaq ki, Afrika Millətlər Kuboku-2025 turniri Mərakeşdə 21 dekabr 2025 – 18 yanvar 2026 tarixlərində keçiriləcək. Son çempion isə 2024-cü ilin ev sahibi Fil Dişi Sahili olub. Finalda Nigeriyanı məğlub edən (2:1) Fil Dişi Sahili kuboka sahib çıxıb, üçüncü yeri isə CAR yığması tutub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni