AFFA-nın İntizam Komitəsi Ağdamın “Qarabağ” klubunu 2 000 manat məbləğində cərimələyib.
Bu qərar, Azərbaycan Premyer Liqasının XX turunda “Turan-Tovuz”la keçirilən oyundan sonra AFFA nümayəndəsinin tələblərinin yerinə yetirilməməsi səbəbilə qəbul edilib. Həmin qarşılaşma “Qarabağ”ın məğlubiyyəti ilə başa çatıb.
Bundan əlavə, AFFA “Neftçi” klubuna “Araz-Naxçıvan”ın stadionuna dəyən ziyanı ödəməyi tapşırıb. Belə ki, Liv Bona Dea Arena-da baş tutan matç zamanı “Neftçi” azarkeşləri stadionda 17 oturacağı sındırıb. Sözügedən görüşdə “Neftçi” 1:2 hesabı ilə məğlub olub.



