More

    La Liqa: “Real Madrid” “Espanyol”a məğlub oldu

    İspaniya çempionatının 2024/2025 mövsümünün 22-ci turunda keçirilən görüşdə “Espanyol” doğma meydanda “Real Madrid”i minimal hesabla məğlub edib.

    “Stage Front” stadionunda baş tutan qarşılaşmanı Alejandro Munyiz Ruizin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Oyunun yeganə qolunu 85-ci dəqiqədə “Espanyol”un müdafiəçisi Karlos Romero vurub.

    Matçın 21-ci dəqiqəsində “Real Madrid”in hücumçusu Viniçius Junior rəqib qapısına yol tapsa da, bu qol VAR qərarı ilə ləğv olunub.

    Bu nəticədən sonra “Espanyol” 23 xalla turnir cədvəlində 17-ci pilləyə yüksəlib, “Real Madrid” isə 49 xalla liderliyini qoruyub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni