Məşhur britaniyalı idman portalı Give Me Sport futbol tarixinin ən yaxşı braziliyalı oyunçularını müəyyən edən reytinqini açıqlayıb. Sport-Az xəbər verir ki, siyahının zirvəsində üçqat dünya çempionu olan əfsanəvi hücumçu Pelé qərarlaşıb.
İkinci yerdə, Braziliya millisinin heyətində iki dəfə Dünya Kubokunu qazanmış və iki dəfə “Qızıl Top” mükafatına layiq görülmüş hücumçu Ronaldo yer alıb. Üçüncü pilləyə isə driblinqi və möhtəşəm oyun tərzi ilə tanınan Garinça layiq görülüb.
Give Me Sport-un Tarixin Ən Yaxşı Braziliyalı Futbolçuları Reytinqi:
- Pelé
- Ronaldo
- Garinça
- Ronaldinyo
- Rivaldo
- Romario
- Neymar
- Ziko
- Didi
- Jairzinho
Xatırladaq ki, bu siyahıda yer alan yeganə aktiv futbolçu Neymar-dır. Qeyd edək ki, braziliyalı ulduz yaxın günlərdə rəsmi olaraq “Santos”a qayıtdığını elan edib.



