Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəldi.
Sumqayıt şəhər stadionunda keçirilən matç qolsuz bərabərliklə başa çatdı.
Bu nəticədən sonra “Araz-Naxçıvan” 43 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşdı, “Sumqayıt” isə 22 xalla altıncı yerdə qaldı.
Digər oyunlarda “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” isə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Səbail” qarşılaşmasında isə qalib müəyyən olunmayıb (1:1).
“Turan Tovuz” və “Səbail” arasında heç-heçə
“Tovuz şəhər stadionunda baş tutan “Turan Tovuz” – “Səbail” oyunu 1:1 hesabı ilə başa çatdı.
29-cu dəqiqədə meydan sahibləri Alehandro Serranonun qolu ilə önə keçdi. Lakin 45+2-ci dəqiqədə Kuan Martins qırmızı vərəqə alaraq “Turan Tovuz”u azlıqda qoydu.
Matçın bitməsinə 8 dəqiqə qalmış Madi Geta baş zərbəsi ilə hesabı bərabərləşdirdi və “Səbail”ə bir xal qazandırdı.
Bu nəticədən sonra “Turan Tovuz” 36 xalla turnir cədvəlində dördüncü, “Səbail” isə 16 xalla sonuncu – onuncu pillədə qaldı.



