More

    Məhəmməd Salahın dublu “Liverpul”a qələbə qazandırdı

    İngiltərə Premyer Liqasının (APL) 2024/2025 mövsümünün 24-cü turunda “Bornmut” öz meydanında “Liverpul”u qəbul edib.

    Sport-Az-ın məlumatına görə, matç “Vaytaliti” stadionunda baş tutub və qarşılaşmanı baş hakim Darren İngland idarə edib. “Liverpul” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.

    Oyunda ilk qol 30-cu dəqiqədə vurulub – Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə misirli futbolçu yenidən fərqlənərək dublunu rəsmiləşdirib.

    Bu nəticədən sonra “Liverpul” 23 oyundan sonra topladığı 56 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Bornmut” isə 24 turdan sonra 40 xalla yeddinci pillədə yer alıb. “Arsenal” 23 oyundan sonra 47 xalla ikinci sıradadır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni