More

    Lionel Messi tarixdəki ən yaxşı futbolçunu açıqladı

    Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi, braziliyalı Ronaldo Nazarionu bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

    Sport-Az-ın məlumatına görə, Messi bu fikrini Sport Bible-a verdiyi müsahibədə səsləndirib.

    “Ronaldo həqiqətən fenomen idi. İndiyə qədər izlədiyim futbolçular arasında o, mənim üçün ən yaxşısı idi. Hər cəhətdən heyrətamiz bir oyunçu idi”, – deyə Messi bildirib.

    Ronaldo peşəkar futbolçu karyerasını 2011-ci ildə başa vurub. O, karyerası ərzində “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real Madrid”, “Milan” və “Korintians” klublarında çıxış edib.

    Braziliyalı əfsanə ikiqat dünya çempionu, dünya vitse-çempionu, iki dəfə Amerika Kubokunun qalibi olub. O, həmçinin Castrol Index tədqiqatlarına əsasən dünya çempionatlarının tarixindəki ən yaxşı futbolçu seçilib. 1998 və 2002-ci illərdə dünya çempionatlarının ən yaxşı oyunçusu adına layiq görülüb, 2002-ci ildə isə turnirin bombardiri olub. Karyerası ərzində iki dəfə “Qızıl top” mükafatını qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni