Dani Alvesin vəziyyəti olduqca kritikdir. Meksikanın “Pumas UNAM” klubu keçmiş futbolçusu Dani Alvesə qarşı İdman Arbitraj Məhkəməsinə müraciət edərək 6 milyon avro məbləğində kompensasiya tələb edib. Sport-es-in məlumatına görə, klub Alvesin həbs olunması ilə bağlı reputasiya itkisinə məruz qaldığını iddia edir və bunun üçün maddi təzminat tələb edir.
Futbolçu 1 milyon avro girov qarşılığında müvəqqəti azadlığa buraxılsa da, məhkəmə onu təqsirli biləcəyi təqdirdə, klubun bu vəsaiti tələb edəcəyi gözlənilir. Hazırda Alves məhkəmə qərarını gözləyir və pasportu əlindən alınıb.
“Barselona”nın rəsmi saytında hələ də onun adı əfsanələr siyahısında qalır. Lakin davam edən məhkəmə prosesi onun imicinə ciddi zərbə vurub.



