Lewis Hemilton Çin Qran-Prisinin sprint təsnifatında lider oldu

Formula 1 üzrə yeddiqat dünya çempionu, “Ferrari” pilotu Lyuis Hemilton Çin Qran-Prisi çərçivəsində keçirilən sprint təsnifat mərhələsində ən sürətli nəticə göstərərək poul mövqeyini əldə edib.

Sport-Az xəbər verir ki, Hemiltonun ardınca “Red Bull” komandasının pilotu, dördqat dünya çempionu Maks Ferstappen ikinci yeri tutub. İlk üçlüyü “McLaren”in sürücüsü Oskar Piastri tamamlayıb.

Sprint təsnifat mərhələsinin ilk onluğu:

  1. Lyuis Hemilton (“Ferrari”) — 1:30.849
  2. Maks Ferstappen (“Red Bull”) +0.018
  3. Oskar Piastri (“McLaren”) +0.080
  4. Şarl Lekler (“Ferrari”) +0.208
  5. Corc Rassel (“Mercedes”) +0.320
  6. Lando Norris (“McLaren”) +0.544
  7. Andrea Kimi Antonelli (“Mercedes”) +0.889
  8. Yuki Tsunoda (“Racing Bulls”) +0.924
  9. Aleksandr Albon (“Williams”) +1.003
  10. Lens Stroll (“Aston Martin”) +1.133

İkinci mərhələdə mübarizəni dayandıranlar:

  1. Fernando Alonso (“Aston Martin”) — 1:31.815
  2. Oliver Berman (“Haas”) — 1:31.978
  3. Karlos Sayns (“Williams”) — 1:32.325
  4. Qabriel Bortoletto (“Kick-Sauber”) — 1:32.564
  5. İsak Hacjar (“Racing Bulls”) — vaxt göstərmədi

Birinci mərhələdə mübarizəni dayandıranlar:

  1. Cek Duhan (“Alpine”) — 1:32.575
  2. Pyer Qasli (“Alpine”) — 1:32.640
  3. Niko Hyulkenberq (“Kick-Sauber”) — 1:32.651
  4. Esteban Okon (“Haas”) — 1:32.675
  5. Liam Lawson (“Red Bull”) — 1:32.729

Sprint yarışı Çin Qran-Prisinin əsas mərhələsinə önəmli təsir göstərəcək. Hemiltonun poul mövqeyi gələcək yarış üçün güclü start imkanları və psixoloji üstünlük deməkdir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni