More

    Körtis Bleyds: “21 iyunda Azərbaycanda döyüşəcəm”

    Amerikalı ağır çəki döyüşçüsü Körtis Bleyds UFC-də rusiyalı Rizvan Kuniev ilə qarşılaşacağı tarix və məkanı açıqlayıb. Sport-az xəbər verir ki, Bleyds bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib:

    “21 iyunda Azərbaycanda döyüşəcəm.”

    Bu döyüş dördüncü dəfədir ki, təxirə salınaraq yeni tarixə təyin olunur. Əvvəlcə qarşılaşma 22 fevralda keçirilməli idi, daha sonra 8 mart tarixində UFC 313 turnirinə salınmışdı, lakin amerikalı döyüşçünün səhhətindəki problemə görə son anda ləğv olunmuşdu.

    Daha sonra döyüşün 17 mayda Qətərdə baş tutacağı bildirilmişdi, lakin UFC həmin tədbiri Las Veqasa köçürmüşdü. Qeyd edək ki, UFC-nin Azərbaycanda keçiriləcək ilk tədbiri hələ rəsmi olaraq elan olunmayıb. Körtis Bleyds bu barədə açıq danışaraq, turnirin doğrudan da baş tutacağını ilk dəfə ictimaiyyətə təsdiqləyən döyüşçü olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni