More

    “Real” oyunçuları Çempionlar Liqasındakı qələbəyə görə nə qədər mükafat alıblar?

    Madridin “Real” klubu təkcə kuboklarla deyil, oyunçularına verdiyi yüksək mükafatlarla da diqqət çəkir. Klub rəhbərliyi uzun illərdir uğurları əlavə motivasiya ilə möhkəmləndirmək üçün geniş bonus sistemi tətbiq edir.

    Keçən mövsüm “Real” La Liqa, İspaniya Superkuboku və Çempionlar Liqasındakı uğurlara görə oyunçularına ümumilikdə 40 milyon avro məbləğində mükafat ödəyib. Xüsusilə, “Uembli”də baş tutan Çempionlar Liqasının final qələbəsi hər futbolçuya 900 min avro qazandırıb.

    Cari mövsümdə isə klub artıq UEFA Superkuboku və Qitələrarası Kuboku əldə edib. Qələbə potensialı hələ tükənməyib – qarşıda İspaniya Kuboku, La Liqa, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı kimi dörd titul mövcuddur. Sonuncu turnir klub üçün böyük maliyyə gəliri vəd edir – təxminən 265 milyon avro.

    Əgər “Real” cari mövsümdə bütün titulları qazansa, oyunçulara ümumi bonus ödənişləri təqribən 80 milyon avroya çatacaq. Yalnız Klublararası Dünya Çempionatındakı uğura görə futbolçuların hər biri təxminən 650 min avro alacaq.

    Qeyd edək ki, əsas komandanın nömrələnmiş tərkibində olmayan oyunçular avtomatik olaraq bu bonus sisteminə daxil deyillər. Lakin klub fərdi yanaşma tətbiq edərək bəzi istisnalar edir. Məsələn, Asensionun yeni müqaviləsində komanda uğurlarına bağlı mükafatlar da nəzərə alınıb.

    Texniki heyət üçün də ayrıca bonus mexanizmi mövcuddur. Onların mükafatları şəxsi müqavilələrdə əksini tapır və futbolçular üçün ayrılan əsas mükafat büdcəsinə daxil edilmir.

    Qeyd edək ki, 29-30 mart gecəsi keçirilən La Liqanın 29-cu turunda “Real” “Leganes”i 3:2 hesabı ilə məğlub edib. Madrid klubu hazırda turnir cədvəlində 63 xalla ikinci pillədə qərarlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni