More

    Azərbaycanlı MMA döyüşçüsü Kiyevdə möhtəşəm qələbə qazandı

    Ukraynanın paytaxtı Kiyevdə World Warriors Fighting Championship 24 turniri keçirilib. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Ruslan Məmmədov rinqə çıxıb.

    61,2 kq çəki dərəcəsində baş tutan qarşılaşmada Məmmədov ukraynalı idmançı Dmitri Orlovla üz-üzə gəlib. Döyüş çox çəkməyib — 32 yaşlı Azərbaycanlı MMA ustası rəqibini birinci raundda məğlub edib.

    Ruslan Məmmədov əvvəlcə Orlovu yerə yıxıb, bir neçə güclü zərbə endirdikdən sonra boğucu fənd tətbiq edib. Rəqib döyüşü dayandırmaq məcburiyyətində qalıb və döşəməyə vuraraq təslim olduğunu bildirib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni