Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu və onun sevgilisi Corcina Rodrigez öz hava donanmasına yeni bir eksklüziv əlavə ediblər. Cütlük Bombardier Global Express adlı şəxsi təyyarə alaraq səyahətlərini daha rahat və lüks hala gətirib.
Bu model yüksək texnoloji imkanlara sahibdir: təyyarə 900 km/saat sürətlə uça bilir və 9000 kilometrə qədər məsafə qət etməyə qadirdir. Bordda 17 sərnişin üçün yer var. Təyyarə üç istirahət salonu, fərdi yataq otağı, duşla təchiz olunmuş vanna otağı və müasir mətbəxlə təchiz edilib.
Sosial şəbəkələrdə yayılan fotolarda kabinədə qızılı detallarla bəzədilmiş dəri oturacaqlar aydın görünür. Bu, Ronaldu üçün ilk belə təcrübə deyil. O, əvvəllər Gulfstream G200 model təyyarədən istifadə edirdi, lakin onun baxım xərcləri çox olduğuna görə satışa çıxarılmışdı.
Yeni Bombardier artıq bir neçə səfərdə istifadə olunub. Cütlük onunla Laplandiyaya Milad tətilinə, həmçinin Parisdə keçirilən Moda Həftəsinə uçub.