İkiqat olimpiya çempionu və altıqat dünya çempionu olan sərbəst güləş ustası Abdulraşid Sadullayev Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında iştirak edə bilməyəcəyini açıqlayıb. Bu barədə “Sport-az” məlumat yayıb.
Əsas səbəb onun Slovakiyaya giriş icazəsinin verilməməsidir. Sadullayev daha öncə viza almağı gözlədiyini bildirmişdi və turnirdə iştirak etməyə hazır olduğunu qeyd etmişdi. Lakin idmançının sözlərinə görə, bütün səylərə baxmayaraq vəziyyət dəyişməyib. O, bunun artıq ilk belə hal olmadığını və hər şeyin Allahın iradəsinə bağlı olduğunu söyləyib.
Məşhur güləşçi Rusiya millisindəki həmkarlarına zədə olmadan uğurlu çıxışlar arzulayıb və çıxışını Peyğəmbər Məhəmmədin (s.ə.s) hədislərindən biri ilə tamamlayaraq qismətin dəyişməzliyini xatırladıb.



