Piastri Bəhreyn Qran-prisində qalib gəldi – ikinci mövsüm qələbəsi

13 aprel tarixində “Sakhir” avtodromunda Formula 1-in yeni mövsümündə dördüncü mərhələ olan Bəhreyn Qran-prisi baş tutdu. Yarışın qalibi “McLaren”in gənc pilotu Oskar Piastri oldu.

24 yaşlı avstraliyalı sürücü yarışa pole-pozisiyasından başladı və böyük hissəsini liderliklə tamamladı, bu da onun üçün mövsümdə ikinci qələbə oldu. Daha öncə o, Çin Qran-prisində də birinci yerə çıxmışdı.

İlk üçlük belə formalaşdı:

  • Oskar Piastri (McLaren)
  • Corc Rassell (Mercedes)
  • Lando Norris (McLaren) – startda səhvə yol verdiyinə görə 5 saniyə cərimə aldı

Digər nəticələr:

  • Mövsümün favoritlərindən olan və hazırkı dünya çempionu Maks Ferstappen (Red Bull) yalnız altıncı yeri tuta bildi.
  • Onun önündə Ferrari pilotları Şarl Lekler və Lüis Hemilton qərarlaşıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni