“Vaşinqton Kapitals” klubunun kapitanı Aleksandr Oveçkin özünün illərlə ürəyində daşıdığı arzunu bölüşüb – o, NBA əfsanəsi Maykl Cordanla şəxsi görüş keçirmək istəyir. Sport-az xəbər verir ki, məşhur rusiyalı hokkeyçi bu barədə Pat McAfee Show podkastında danışıb. Oveçkin bildirib ki, Cordanın imzası olan forması olsa da, onların heç vaxt şəxsən görüşü baş tutmayıb.
“Bu mənim xəyalımdır. Onun imzalı formasını saxlayıram, amma onunla heç vaxt görüşməmişəm,” – deyə Oveçkin etiraf edib.
Qeyd edək ki, Vaşinqton Kapitals komandası ötən gecə “Kolumbus” qarşısında 1:4 hesabı ilə məğlub olub. Komandasının yeganə qolunu isə məhz Aleksandr Oveçkin vurub. Bu onun karyerasında 896-cı qol olub və bu göstərici onu NHL tarixində ən məhsuldar oyunçulardan birinə çevirir.



