More

    Montoya Red Bull-u sərt tənqid etdi: “İkinci pilotlara belə yanaşmaq olmaz”

    Keçmiş Formula 1 sürücüsü Xuan Pablo Montoya Red Bull komandasının ikinci pilotlara münasibətini sərt tənqid edib. O hesab edir ki, komanda yalnız birinci pilot — Maks Ferstappen üzərində fokuslanır və bu, digər pilotlara mənfi təsir göstərir.

    Montoya son açıqlamasında bildirib ki, Red Bull-un strategiyası əsasən Ferstappenə uyğunlaşdırılıb:

    “Yuuki Tsunoda özünü yaxşı hiss edir. Məncə, Red Bull nəhayət anladı ki, qarajın o biri tərəfində hər şeyi alt-üst edirlər. Onlar bolidi yalnız Maks üçün hazırlayıb, ikinci pilota isə sadəcə ‘Sən sürməyi bacarmırsan’ deyirlər.”

    Red Bull-da əvvəllər çıxış etmiş Serxio Peres də eyni problemlə üzləşmişdi. Bolidin idarə edilməsi çətin olduğundan, o, Ferstappenlə rəqabət apara bilməmişdi. Onun əvəzinə komandaya gətirilən Liam Lawson isə cəmi iki yarışda iştirak edib və istənilən nəticə göstərməyib. Hazırda Red Bull-un əsas namizədi kimi çıxış edən Yuki Tsunoda isə müəyyən çətinliklər yaşasa da, son yarışlarda inkişaf nümayiş etdirir.

    Montoya hesab edir ki, Tsunoda komandaya gələcəkdə daha çox fayda verəcək:

    “Tsunoda, Liam Lawsondan daha düzgün seçim idi. Çünki o, artıq Formula 1-də təcrübə qazanıb və maşını idarə edəcək səviyyədə biliklərə malikdir. Red Bull bu yanaşmasını dəyişməlidir.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni