More

    Azərbaycan boksunda dopinq qalmaqalı: Fərid Sadıqov 4 il diskvalifikasiya edildi

    Azərbaycanlı boksçu Fərid Sadıqov dopinq qaydalarının pozulmasına görə ciddi cəzaya məruz qalıb.

    Sport-Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəsmi internet səhifəsində məlumat yayıb. Bildirilir ki, idmançının dopinq testində qadağan olunmuş maddələr və onların metabolitləri aşkarlanıb. Nəticədə, Sadıqov dopinq istifadəsi və ya istifadəyə cəhd etməkdə günahkar bilinib.

    Antidopinq qaydalarının pozulmasına görə Fərid Sadıqov 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb. Diskvalifikasiya qərarı 1 yanvar 2024-cü ildən etibarən qüvvəyə minib və 1 yanvar 2028-ci ilə qədər davam edəcək. Bu müddət ərzində idmançı heç bir rəsmi yarışda iştirak edə bilməyəcək və beynəlxalq arenada Azərbaycanı təmsil etmək hüququnu itirib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni