Rəşid Məmmədyarovdan Avropa çempionatında ardıcıl ikinci qələbə

Çernoqoriyanın paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı sürətlə davam edir. Turnirin ikinci günü Azərbaycan millisi üçün uğurlu nəticələrlə yadda qaldı.

73 kq çəki dərəcəsi

Rəşid Məmmədiyev möhtəşəm çıxışla gündəmi zəbt etdi. O, ilk görüşdə Böyük Britaniyanın nümayəndəsi Benjamin Leviyə qalib gəldi, daha sonra Portuqaliyalı Otari Kvantidzeyə şans verməyərək 1/4 finala vəsiqə qazandı.

57 kq çəki dərəcəsi

Qadın cüdoçumuz Fidan Əlizadə də mübarizəyə qatıldı. O, latviyalı Anastasiya Sokirjanska ilə qarşılaşmada üstün olsa da, 1/8 finalda isveçrəli Bente Ndiaye ilə dueldə mübarizəni dayandırdı.

Xatırladaq ki, yarışın ilk günündə 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov komandamıza bürünc medal qazandırmışdı. Bu nəticə ilə Azərbaycan yığması artıq mükafatlar sırasına düşüb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni