Azərbaycanlı kikboksçular İstanbul turnirində qələbə qazandılar

İstanbulda keçirilən peşəkar kikboksinq gecəsində Azərbaycan təmsilçiləri parlaq çıxış ediblər. Yarış “AKIN Fight” adlı tanınmış promouşen turniri çərçivəsində baş tutub. Sport-az.com xəbər verir ki, Naxçıvan kikboks məktəbinin yetirmələri – “Levent Bulut” döyüş klubunun üzvləri baş məşqçi və klubun yaradıcısı Ehtibar Qaribovun rəhbərliyi ilə yarışda iştirak ediblər. Onlar tədbirin “preliminary fight” mərhələsində qüvvələrini sınayıblar.

Azərbaycanlı idmançıların nəticələri:

  • Tayfur Əliyev – 50 kq çəki dərəcəsində qızıl medal
  • Ali Yasinov – 63,5 kq çəki dərəcəsində qızıl medal
  • Miraj Qocayev – 48 kq çəki dərəcəsində gümüş medal

Yarış Azərbaycan kikboksçuları üçün uğurlu keçib və ölkəmizin gənc idmançılarının peşəkar arenada potensialını bir daha sübut edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni