More

    Şaxanə Hacıyeva paracüdo yarışlarından ömürlük kənarlaşdırıldı – NPK-dan açıqlama

    Azərbaycanın iki paraatleti görmə məhdudiyyətli idmançılar arasında keçiriləcək paracüdo üzrə dünya çempionatında iştirak üçün tibbi təsnifat mərhələsindən keçməyib. Bu barədə məlumatı Milli Paralimpiya Komitəsi (NPK) yayıb.

    13–15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq dünya birinciliyində iştirak etməli olan idmançılar arasında Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Şaxanə Hacıyeva da yer alırdı. Lakin o, J2 kateqoriyası (52 kq) üzrə tibbi təsnifata uyğun gəlməyib – səbəb isə onun görmə qabiliyyətində heç bir məhdudiyyətin aşkarlanmamasıdır.

    Qərar: ömürlük iştirakdan uzaqlaşdırma

    Milli Paralimpiya Komitəsinin yaydığı bəyanatda bildirilir:

    “Tokio 2020-də keçirilmiş yarışlar üzrə B1, B2 və B3 kateqoriyaları 2024-cü ilə qədər J1 və J2 olaraq dəyişdirilmişdir. Parisdə keçiriləcək Paralimpiya Oyunlarında da bu sistem qüvvədə olacaq. Bu səbəbdən J2 kateqoriyasına aid bir sıra göz xəstəlikləri təsnifatdan çıxarılıb.

    Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyası (IBSA) bu dəyişikliyə əsaslanaraq Azərbaycan paracüdoçularının tibbi təsnifatını yenidən aparıb. Nəticədə, 2020-ci il Tokio Paralimpiadasının qızıl medalçısı Şaxanə Hacıyeva paracüdo üzrə yarışlardan ömürlük kənarlaşdırılıb.”

    Komitə əlavə edib ki, yeni tibbi tələblərə uyğunlaşmaq üçün idmançılarla fərdi şəkildə iş aparılır və uyğun olmayan kateqoriyalara düşən idmançılar üçün alternativ idman növləri üzrə hazırlıq prosesi nəzərdən keçirilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni