UFC tarixində ilk dəfə Azərbaycanda keçiriləcək turnirə dünya şöhrətli ulduzlar gəlir. Sport-Az xəbər verir ki, UFC Şöhrət Zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping, eləcə də tanınmış səslər Brendon Fittsjerald və Pol Felder, 21 iyun tarixində “Baku Crystal Hall”da baş tutacaq UFC tədbirinin rəsmi şərhçiləri olacaq.
Oktagonun səsi Bakıda — Bryus Baffer
UFC azarkeşlərini Bakıda xüsusi sürpriz də gözləyir — oktagonun əfsanəvi səsi Bryus Baffer tədbirin rəsmi aparıcısı kimi çıxış edəcək. Bu, ölkədə MMA azarkeşləri üçün unudulmaz bir an olacaq.
Gecənin əsas döyüşləri
Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşləri də çox iddialıdır:
- Cəmal Hill (keçmiş UFC yarım-ağır çəki çempionu) — Xalil Rauntree (keçmiş titul iddiaçısı) arasında maraqlı qarşılaşma baş tutacaq.
- Azərbaycanlı döyüşçü Rafaël Fiziev, yüngül çəki divizionunda İqnasio Baxamondes ilə oktagona çıxacaq.
Bu qarşılaşmalar Bakıda UFC tarixində ilk möhtəşəm gecənin kulminasiyası olacaq.