“Formula-1” üzrə 2025-ci il dünya çempionatının səkkizinci mərhələsi – Monako Qran-Prisi başa çatıb. Sport-az.com xəbər verir ki, yarışın qalibi “McLaren” komandasının britaniyalı pilotu Lando Norris olub.
Yarışın nəticələri
- 1-ci yer: Lando Norris (“McLaren”)
- 2-ci yer: Şarl Lekler (“Ferrari”)
- 3-cü yer: Oskar Piastri (“McLaren”)
Monakolu pilot Lekler doğma trasında ikinci olub. Avstraliyalı Piastri isə podiumun üçüncü pilləsində qərarlaşıb və ümumi pilotlar sıralamasında liderliyini qoruyub.
Pilotların ümumi reytinqi (8 mərhələ sonrası)
- Oskar Piastri – 161 xal
- Lando Norris – 158 xal
- Maks Ferstappen – 136 xal
McLaren komanda olaraq da üstünlüyünü göstərir və Konstruktorlar Kubokunda birinciliyi ələ alıb:
- McLaren – 319 xal
- Mercedes – 147 xal
- Red Bull – 143 xal
- Ferrari – 142 xal
“Formula-1” üzrə növbəti mərhələ 30 may – 1 iyun tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək.