More

    Azərbaycanlı kartinqçidən Portuqaliyada çətin mübarizə və mükafat

    Azərbaycanlı gənc idmançı Davin Cəfərov Portuqaliyada təşkil olunan beynəlxalq kartinq turnirində diqqətçəkən çıxışı ilə yadda qalıb.

    Sport-az.comun məlumatına görə, Palmela şəhərində keçirilən yarış X30 kateqoriyası üzrə baş tutub. Burada Azərbaycanla yanaşı daha iki ölkədən ümumilikdə 22 pilot start xəttinə çıxıb. Yarışın ilk mərhələsində gözlənilməz hadisə yaşanıb: Davin yarımfinal sessiyasında 80 km/saat sürətlə hərəkət edərkən arxa tərəfdən digər sürücünün nəzarətsiz manevri nəticəsində toqquşma baş verib. Bu insident səbəbindən yarış müvəqqəti dayandırılıb.

    Davin dərhal xəstəxanaya çatdırılıb. Müayinələrin nəticəsi sevindirici olub – ciddi xəsarət və ya sınıq aşkarlanmayıb. Nəticədə, idmançının öz arzusu və tibbi heyətin razılığı ilə ona final mərhələsinə qatılmaq üçün yaşıl işıq yandırılıb.

    Son mərhələdə yarışa 17-ci sıradan başlayan Davin Cəfərov, gözlənilməz şəkildə əzm nümayiş etdirərək 9-cu yerə yüksəlib. Yarış zamanı ağrıları azaltmaq üçün dərman qəbul etməsinə baxmayaraq, o, səkkiz təcrübəli rəqibinə qalib gəlib.

    Onun bu iradəsi və mübarizə əzmi “Birel Art” komandasının Portuqaliya üzrə rəhbəri Nuno İqnasio tərəfindən yüksək qiymətləndirilib. Nuno onu “ən sürətli pilot” medalı ilə təltif edib və xüsusi qeyd edib: “Bu cür gənclər idmanın gələcəyidir”.

    Qeyd edək ki, Davin Cəfərov sentyabr ayında 16 yaşını qeyd edəcək. O, artıq EK125 CC kateqoriyasında Portuqaliya Kubokunun qalibi olub və peşəkar statusa malikdir. Hal-hazırda isə Portuqaliyanın məşhur “Birel Art” komandasında çıxış edir. Bu komanda öz sıralarından Lyuis Hemilton və Niko Rosberq kimi “Formula-1” əfsanələrini çıxarması ilə tanınır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni