İtaliyanın Genuya şəhərində keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatında Azərbaycan milli komandası da iştirak edəcək. Sport-az.com xəbər verir ki, yığmamız bir neçə növdə təmsil olunacaq və həm fərdi, həm də komanda yarışlarında gücünü sınayacaq.
Azərbaycanı təmsil edəcək idmançılar:
Qadın sablyaçıların yarışında:
- Zərifə Hüseynova
- Səbinə Kərimova
- Polina Kaspiaroviç
Bu üçlük həm fərdi, həm də komanda çempionatlarında mübarizə aparacaq.
Şpaqa üzrə kişi yarışlarında:
- Ruslan Həsənov
Yarışlar 14–19 iyun tarixlərində keçiriləcək. Qeyd edək ki, qadınlardan ibarət sablya komandamızın lideri Anna Başta zədə səbəbindən bu yarışda iştirak edə bilməyəcək.