Avropa Gümüş Liqası: Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

Bu gün Azərbaycan kişi voleybol millisi Avropa Gümüş Liqası çərçivəsində növbəti oyuna çıxacaq. Sport-az.com xəbər verir ki, baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yığmamız Bakıdakı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Lüksemburq komandası ilə üz-üzə gələcək.

Oyuna dair əsas məlumatlar:

  • Turnir: Avropa Gümüş Liqası – III tur
  • Görüş: Lüksemburq – Azərbaycan
  • Başlama vaxtı: 18:00
  • Məkan: GİN-in Voleybol Mərkəzi, Bakı
  • Hakimlər: Çevril Ebru Kaya (Türkiyə), Miroslav Yuraçek (Slovakiya)

Hazırda Azərbaycan komandası 2 oyundan sonra 3 xalla turnir cədvəlində yer alır. Bu görüşdə rəqibə 2 set vermədən qələbə qazanmaq, komandamıza Lüksemburqa çatmaq imkanı verəcək.

Qeyd edək ki, millimiz növbəti matçını iyunun 15-də Macarıstan yığmasına qarşı keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni