More

    Formula-1: Rassell Kanada Qran-prisində qalib gəldi, Norris komanda yoldaşı ilə toqquşdu

    Monreal şəhərində Formula-1 üzrə cari mövsümün onuncu mərhələsi baş tutdu. Kanada Qran-prisində qələbə “Mercedes” pilotu Corc Rassellə qismət oldu.

    Britaniyalı sürücü poul-pozisiyadan start götürdü və bütün yarış ərzində üstünlüyünü qoruyaraq inamla finiş xəttinə çatdı.

    İkinci yeri “Red Bull” komandasının hazırkı dünya çempionu Maks Ferstappen tutdu. Üçüncü isə Rassellin komanda yoldaşı Andrea Kimi Antonelli oldu.

    Yarışın sonunda “McLaren” pilotları Lando Norris və Oskar Piastri arasında qəza baş verdi. Mövqelər uğrunda mübarizə zamanı Norris Piastrini ötməyə çalışarkən onun bolidinə toxundu və trasdan kənarlaşdırıldı. Lando hadisədə günahkar olduğunu etiraf etdi.

    Oskar Piastri isə dördüncü yerdə finişə çatdı və mövsümün ümumi sıralamasında liderliyini qoruyub saxladı.

    Bunu da oxuyun: Camal Hill Bakıya gəlib – UFC tarixindəki ilk döyüş axşamına hazırlaşır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni