Yeniyetmə və gənclər arasında açıq Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib. Sport-az.com xəbər verir ki, turnirdə Bakı və Mingəçevirdən olan 100-ə yaxın avarçəkən idmançı iştirak edib.

Yarış formatı və növlər

Reqlamentə əsasən, idmançılar aşağıdakı növlərdə 500 metr məsafədə güclərini sınayıblar:

  • Kayak – 1 nəfərlik və 2 nəfərlik qayıqlarda;
  • Kanoe – 1 nəfərlik qayıqda;
  • Akademik avarçəkmə – 1 nəfərlik qayıqda.

Gərgin rəqabət şəraitində keçən yarışda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Yarışın məqsədi

Açıq Bakı birinciliyinin keçirilməsində əsas məqsədlər:

  • İdmançıların hazırlıq səviyyəsinin yoxlanılması,
  • Yığma komandanın heyətinə namizədlərin müəyyən olunması,
  • Gənc avarçəkənlərin yarış təcrübəsinin artırılmasıdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni