İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatının ilk yarış günündə Azərbaycan güləşçiləri möhtəşəm çıxışla yadda qalıb. Üç yunan-Roma güləşçimiz final mərhələsinə vəsiqə qazanıb.
Sport-az.com xəbər verir ki, hər üç idmançı müxtəlif mərhələlərdə güclü rəqiblər üzərində inamlı qələbələr qazanaraq adlarını finala yazdırıblar.
🇦🇿 Finala yüksələn güləşçilərimiz:
- Turan Daşdəmirov (55 kq)
- Gürcüstanlı Koba Karumidzeyə qarşı: 4:4 (son xal üstünlüyü ilə)
- Ermənistanlı Levon Qazaryana qarşı: 1:1 (yenə son xal üstünlüyü ilə)
- Ukraynalı Nazari Babinskiyə qarşı: 3:1
- Finalda rəqibi: Rusiyalı İvan Solomin
- Tural Əhmədov (63 kq)
- İtaliyalı Emanuele Pollino: 8:0
- Bolqar Kristiyan Milenkov: 4:0
- Macar Bende Olaş: 3:1
- Yunanıstanlı Marios Kapantai: 11:1
- Finalda rəqibi: Rusiyalı İqor Punçenko
- Davud Məmmədov (77 kq)
- Moldovalı Konstantin Taska: 11:0
- Türkiyəli Yusuf Tosun: 3:3 (son xal üstünlüyü ilə)
- Ermənistanlı Samvel Terteryan: 4:1
- Finalda rəqibi: Gürcüstanlı Anri Putkaradze
Qeyd edək ki, bütün final görüşləri sabah keçiriləcək. Güləşçilərimiz qızıl medal uğrunda mübarizəyə çıxacaqlar.



