Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq çəki dərəcəsində) dünya reytinqində birinci pillədə qərarlaşmağa davam edir.
Sport-az.com xəbər verir ki, analıq məzuniyyətindən sonra tatamiyə qayıdan Azərbaycan təmsilçisinin aktivində 6750 xal var. O, bu nəticəni Mərakeşdə keçirilən Premyer Liqanın son mərhələsində 5-ci yer tutaraq qazandığı 450 xalla daha da möhkəmləndirib.
İlk üçlük belə formalaşıb:
- İrina Zaretska (Azərbaycan) – 6750 xal
- Yelena Quirici (İsveçrə) – 5850 xal
- Talia Sombe (Fransa) – 4375 xal
Qeyd edək ki, Zaretska isveçrəli Yelena Quiricini dünya çempionatının finalında məğlub etmişdi.
Növbəti hədəf: Dünya Oyunları – Çenqdu 2025
İrina Zaretska hal-hazırda 2025-ci il avqustun 7-dən 17-dək Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlıq mərhələsindədir. Yarış onun üçün həm reytinqi qorumaq, həm də növbəti titul uğrunda mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.



