Şose velosipedi üzrə Azərbaycan çempionatı başa çatdı – Qaliblər müəyyənləşdi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatına yekun vurulub. Yarış müxtəlif yaş qruplarından 100-dən artıq idmançının iştirakı ilə keçirilib.

Çempionatın son günündə gənc oğlanlar və Elit/U-23 yaş qrupuna daxil olan kişilər 110 kilometr məsafədə qrup ötüşməsi üzrə mübarizə aparıblar.

Gənc oğlanlar (110 km):

  • 1-ci yer – Artyom Proskuryakov (Respublika Olimpiya Velosiped Məktəbi) – 3:35:35
  • 2-ci yer – Süleyman Ələkbərov (“Elçin Əsədov” Velosiped Məktəbi) – 3:37:25
  • 3-cü yer – Əli Baxşıyev (Respublika Olimpiya Velosiped Məktəbi) – 3:40:18

Elit/U-23 kişilər (110 km):

  • 1-ci yer – Musa Mikayılzadə (“Gənc Peşəkar Velosipedçilər Klubu” İB) – 3:17:06
  • 2-ci yer – Tural İsrafilov (Respublika Olimpiya Velosiped Məktəbi) – 3:23:57
  • 3-cü yer – Nofəl Nuriyev (Respublika Olimpiya Velosiped Məktəbi) – 3:45:05

Qeyd edək ki, Musa Mikayılzadə həm fərdi ötüşmə, həm də qrup ötüşməsində Azərbaycan çempionu adına layiq görülüb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni