Azərbaycan karateçisi İlkin Abbaslı dopinq qaydalarını pozduğu üçün 24 aylıq diskvalifikasiya edilib.
Sport-az.com-un Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadla verdiyi xəbərə görə, idmançının analiz nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.
AMADA-nın verdiyi sanksiya qərarı 2024-cü ilin 29 may tarixindən etibarən qüvvəyə minib. Bu müddət ərzində Abbaslı bütün rəsmi yarışlarda iştirak hüququndan məhrum edilib.



