More

    Avropa Çempionatında faciə: 20 yaşlı ispan motosikletçi Borxa Qomez həyatını itirdi

    Avropa motosiklet çempionatında faciəvi hadisə baş verib. İspaniyalı gənc idmançı Borxa Qomez test yürüşləri zamanı baş verən ağır qəza nəticəsində dünyasını dəyişib. Bu barədə onun çıxış etdiyi Team Laglisse komandası məlumat yayıb.

    Hadisə Fransa trasında baş verib

    Hadisə Fransa ərazisində yerləşən Maqni-Kur (Magny-Cours) avtodromunda baş verib. Qəza üçüncü mərhələyə hazırlıq məqsədilə keçirilən test sessiyasının ilk hissəsində qeydə alınıb.

    Team Laglisse komandası rəsmi bəyanatında bu sözləri qeyd edib: “Ürəyimizdə dərin ağrı ilə bildiririk ki, Borxa Qomez Avropa Çempionatının test sessiyası zamanı Maqni-Kur trasında baş vermiş ciddi qəza nəticəsində həyatını itirib. Onun pilot kimi istedadı misilsiz idi, amma biz Borxanı hər şeydən öncə gözəl insan kimi xatırlayacağıq. Onun mehribanlığı və təbəssümü sonsuz olaraq yaddaşımızda qalacaq.”

    Avropa Çempionatının lideri idi

    Qeyd edək ki, cəmi 20 yaşı olan Borxa Qomez Avropa Çempionatının ümumi reytinqində birinci pillədə qərarlaşmışdı və gələcəyin parlaq motosikletçilərindən biri hesab olunurdu.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni