Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə təşkil olunacaq “UAE Warriors 62” turnirində Azərbaycanı üç idmançı təmsil edəcək.
Sport-az.com xəbər verir ki, yarışda Əli Quliyev və Asəf Çopurov öz rəqibləri ilə qarşılaşacaqlar. Əli Quliyev Mərakeş təmsilçisi İlias Bulaid, Asəf Çopurov isə Braziliyadan olan Joao Pedro ilə döyüşəcək.
Üçüncü azərbaycanlı döyüşçü Məhəmmədəli Osmanlının rəqibi isə hələlik bəlli deyil. Qeyd edək ki, “UAE Warriors 62” turniri iyulun 24-də keçiriləcək.



