5-6 iyul 2025-ci il tarixlərində Bolqarıstanın Burqas şəhərində Kudo idman növü üzrə Dünya Kuboku keçirilib.
Sport-az.com xəbər verir ki, yarışda Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası İctimai Birliyinin Kudo üzrə milli komandası da iştirak edib. Komandaya baş məşqçi Nazim Mövsümzadə rəhbərlik edib və heyətində 3 idmançı yer alıb: Vüsal Əliyev, Sevinc Mövsümzadə və Zeynəb Mövsümzadə.
Turnir haqqında ümumi məlumat:
- Yarışda 27 ölkə iştirak edib.
- Təmsil olunan ölkələr arasında Yaponiya, Gürcüstan, Ukrayna, Hindistan, Bolqarıstan, ABŞ, İtaliya, Braziliya, Fransa, Qazaxıstan, Litva, Malta, Ermənistan və başqaları yer alıb.
Azərbaycan təmsilçiləri uğurlu nəticələr göstərərək 1 qızıl və 1 gümüş medal qazanıblar.
Medal qazanan idmançılar:
- Zeynəb Mövsümzadə – 43 kq-dək (U16)
- Ukrayna və Yaponiyalı rəqiblərinə qalib gəlib.
- Finalda Ukraynadan olan digər idmançını da məğlub edərək qızıl medal qazanıb.
- Vüsal Əliyev – -270 kofisientində
- ABŞ və Çexiya təmsilçiləri üzərində inamlı qələbə əldə edib.
- Finalda ABŞ-dən olan digər idmançıya məğlub olaraq gümüş medal qazanıb.
Ümumi nəticə:
Azərbaycan komandası cəmi üç idmançı ilə yarışa qatılmasına baxmayaraq, 27 ölkə arasında 11-ci yeri tutmağa nail olub.



