U-18 qızlardan ibarət millimizdən daha bir qələbə – 9-16-cı yerlər uğrunda mübarizə davam edir

Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B divizionunda qrup mərhələsindəki son oyununu keçirib. Sport-az.com xəbər verir ki, yığmamız Kosovo komandası ilə qarşılaşıb və rəqibini 62:54 hesabı ilə məğlub edib. Bu nəticə ilə millimiz C qrupunu 3-cü yerdə başa vurub və növbəti mərhələdə 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

Komandamızın qrup mərhələsindəki nəticələri:

  • Bosniya və Herseqovina – 83:81
  • Ukrayna – 65:78
  • Litva – 31:82
  • İslandiya – 86:79
  • Kosovo – 62:54

Komandamız qrup mərhələsində ümumilikdə 3 qələbə və 2 məğlubiyyətlə çıxış edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni