Maqsud Tahirli Sofiyada üçüncü qızıl medalını qazandı

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan 12-ci Sofiya Suya Tullanma Kubokunun üçüncü yarış günündə Azərbaycan milli komandasının yeniyetmə üzvü Maqsud Tahirli növbəti dəfə zirvəyə qalxıb.

Sport-az.com Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, idmançımız bu dəfə 1 metrlik tramplindən tullanışda bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.

Bununla da Tahirli turnirdə:

  • 5 metrlik platforma,
  • 3 metrlik tramplin
  • 1 metrlik tramplin üzrə ardıcıl üç qızıl medal qazanaraq yarışın ən uğurlu iştirakçılarından birinə çevrilib.

Qeyd edək ki, mötəbər yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni