Dana Uayt: “Ağ Evdə UFC turniri bənzəri olmayan hadisə olacaq”

UFC prezidenti Dana Uayt 2026-cı ildə Ağ Evdə keçirilməsi planlaşdırılan qarışıq döyüş növləri üzrə turnirlə bağlı danışıb.

Sport-az.com xəbər verir ki, o, federasiyanın rəsmi saytına verdiyi açıqlamada bu tədbirin unikal olacağını bildirib: “Hər kəs bu tədbirin bir hissəsi olmaq istəyir. Ağ Evdə keçiriləcək UFC turniri üçün güclü bir siyahı tərtib edə bilərik. Tramp və mən bu döyüşlər üçün nə edə bilərik? Bu, Las-Veqasda etdiyimiz tədbirlərə bənzər, lakin daha geniş miqyasda və unikal bir hadisə olacaq. Belə bir tədbir bir daha olmayacaq”.

Xatırladaq ki, iyulun 4-də ABŞ Prezidenti Donald Tramp ölkənin Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə keçirilən tədbirdə UFC turnirinin Ağ Evin ərazisində baş tutacağını açıqlamışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni