Yunan-Roma güləşi üzrə rusiyalı idmançı Aslan Abdullin antidopinq qaydalarını pozduğuna görə dörd illik diskvalifikasiya ilə üzləşib.
Sport-az.com TASS-a istinadən xəbər verir ki, cəza 2015-ci ildə baş vermiş dopinq pozuntusuna əsasən tətbiq olunub.
36 yaşlı idmançının diskvalifikasiya müddəti 2029-cu il fevralın 27-də başa çatacaq.
Qeyd edək ki, Aslan Abdullin 2012-ci ildə keçirilən Avropa çempionatında bürünc medal əldə edib.



