Avqustun 31-də Mingəçevirdə açıq suda ənənəvi üzgüçülük yarışı – “Kürü keçək?!” keçiriləcək.
Sport-az.com xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbir Azərbaycan Ordusunun şanlı Qələbəsinin 5 illiyinə həsr olunur. Dördüncü dəfə təşkil ediləcək yarışda ölkənin bütün bölgələrindən 12 yaşdan yuxarı üzgüçülər iştirak edə biləcəklər.
Yarış aşağıdakı formatda keçiriləcək:
- Peşəkarlar – 1050 metr məsafə üzrə;
- Həvəskarlar – 350 metr məsafə üzrə;
- Yaş kateqoriyaları:
- 12–17 yaş
- 18–23 yaş
- 24–35 yaş
- 36–55 yaş
- 56–70 yaş
- 70+ yaş
Bu il ilk dəfə olaraq 700 metrlik estafet yarışı da proqramda yer alacaq.



