Ukraynalı boksçu Aleksandr Usik 19 iyul tarixində Londonun məşhur “Uembli” stadionunda britaniyalı rəqibi Deniel Dyubua ilə revanş döyüşünə çıxacaq. Bu, 2023-cü ildə Polşanın Vrotslav şəhərində keçirilmiş ilk döyüşün cavab görüşüdür. Həmin qarşılaşmada texniki nokautla Usik qalib gəlmişdi.
Bu dəfə isə uduzan tərəf daha çox itirəcək – söhbət super ağır çəkidə dörd əsas tituldan gedir: WBA, WBO, WBC və IBO. Hazırda Usik bu kəmərlərin sahibi, Dyubua isə IBF çempionudur. Döyüşün qalibi boksun ağır çəkidə mütləq dünya çempionu elan olunacaq.
Uembli yenidən böyük döyüşün səhnəsi olur
Boks gecəsi 19 iyul saat 20:00-da (Bakı vaxtı) başlayacaq və 02:00-dək davam edəcək. Gecənin əsas döyüşü — Usik vs Dyubua 2 — sonuncu qarşılaşma olacaq və təxminən 00:30-da başlaması gözlənilir. Dəqiq saat undercard döyüşlərindən sonra məlum olacaq.
Bu, 38 yaşlı Usikin Uemblidəki dördüncü, 27 yaşlı Dyubuanın isə 19-cu döyüşü olacaq.
Döyüş tarixçəsi və statistikası
- Aleksandr Usik: 23 qələbə (14 nokautla), məğlubiyyətsiz.
- Deniel Dyubua: 22 qələbə (21 nokautla), 2 məğlubiyyət.
- Dyubuanın ilk məğlubiyyəti Co Coisə qarşı olmuşdu.
- Usik 2024-cü ildə iki dəfə Tayson Fyurini hakimlərin qərarı ilə məğlub edib.
Pul mükafatı və pay bölgüsü
İki boksçu birlikdə təxminən 195 milyon dollar qazanacaq. Bunun 65%-i Usikə, 35%-i isə Dyubuaya çatacaq.



