Azərbaycan taekvondoçuları Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında mübarizələrini davam etdirirlər.
Sport-az.com-un Almaniyadakı xüsusi müxbirinin verdiyi məlumata əsasən, yarışın növbəti günündə 74 kq çəki dərəcəsində çıxış edən Nicat İsmayılzadə ilk görüşündə Elia Porşanı (Almaniya) məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Yarışın davamında Azərbaycan təmsilçiləri arasında
– Nərgiz Kazımova (62 kq) və
– Həmidrza Bədri Əli Abadi (+87 kq) də çıxışlarına start verəcəklər.



