İyulun 23–27-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və U-23 kateqoriyası üzrə kayak və kanoe üzrə dünya çempionatı keçiriləcək.
Sport-az.com xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı ümumilikdə 3 idmançı təmsil edəcək:
– 1 qadın kanoeçi
– 2 kişi kayakçı
Xüsusilə diqqət mərkəzində olan idmançılardan biri Tatyana Smilovenko olacaq. O, iyulun 3–6-da keçirilmiş Avropa çempionatında bürünc medal qazanaraq fərqlənmişdi və bu dəfə də dünya çempionatında medal uğrunda çıxış edəcək.
Kayak növündə isə ölkəmizi Amil Ramazanov və Əlimurad Hacızadə təmsil edəcək. Hər iki idmançının məqsədi dünya çempionatında mükafat qazanmaqdır.



