Sərbəst güləş üzrə dünya reytinqində Azərbaycan ilk beşlikdədir

Sərbəst güləş yığmaları üzrə dünya reytinqi açıqlanıb. “Flowrestling” portalının tərtib etdiyi siyahıda Azərbaycan millisi 65 xalla beşinci pillədə qərarlaşıb.

Sport-az.com xəbər verir ki, reytinqə Rusiya komandası 153 xalla liderlik edir. İran 147 xalla ikinci, Yaponiya isə 107 xalla üçüncü sıradadır. ABŞ isə 103 xalla Azərbaycanı 38 xal qabaqlayaraq dördüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan ötən il Paris Olimpiadasında sərbəst güləş üzrə iki bürünc medal qazanaraq beynəlxalq səviyyədə uğurlu çıxış etmişdi.

Top-10 sərbəst güləş yığması:

  1. Rusiya – 153 xal
  2. İran – 147 xal
  3. Yaponiya – 107 xal
  4. ABŞ – 103 xal
  5. Azərbaycan – 65 xal
  6. Albaniya – 55 xal
  7. Qazaxıstan – 53 xal
  8. Gürcüstan – 48 xal
  9. Qırğızıstan – 40 xal
  10. Bəhreyn – 37 xal

Azərbaycan millisi bu nəticə ilə dünya güləş ailəsində ən nüfuzlu beş komanda arasında yer almağı bacarıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni