More

    Həmilton Ferrari ilə antirekorda yaxınlaşır — vaxt getdikcə azalır

    27 iyul tarixində Spa-Franşorşam trasında baş tutan Formula 1-in Belçika Qran-Prisində mövsümün 13-cü mərhələsi keçirildi. Qalibiyyət isə McLaren komandasının pilotlarına qismət oldu: ilk iki pillədə Oskar Piastri və Lando Norris qərarlaşdı.

    Ferrari bir podium qazandı, amma Həmilton hələ də gözləyir

    Ferrari-nin monakolu pilotu Şarl Lekler bu mövsümdə beşinci dəfə podiuma yüksəldi. Onun komanda yoldaşı, yeddiqat dünya çempionu Lyuis Həmilton isə hələ də ilk üçlüyə düşə bilməyib.

    Britaniyalı sürücü bu mövsüm Ferrari ilə ilk ilini keçirir. İndiyədək keçirdiyi 13 yarışda ən yaxşı nəticəsi dördüncülük olub — o bu pilləni İmola, Avstriya və Britaniya Qran-Prilərində əldə edib.

    Antirekorda bir addım

    Hazırda Həmilton Ferrari tarixində podiuma çıxmaq üçün ən çox gözləyən pilotlar siyahısında liderliyə yaxınlaşır. Bu göstəricidə indiyə qədər antirekord fransız pilot Didiye Pironiyə məxsusdur. O, 1981-ci ildə Ferrari-yə qoşulduqdan sonra 18 yarış boyunca ilk üçlüyə daxil ola bilməmiş, yalnız 19-cu yarışında — 1982-ci il San-Marino Qran-Prisində həm podiuma qalxmış, həm də qələbə qazanmışdı.

    Vaxt gedir: ABŞ Qran-Prisi həlledici ola bilər

    Əgər Lyuis Həmilton mövsümün sonuna qədər, daha dəqiqi, ABŞ-ın Ostin şəhərində keçiriləcək Qran-Priyə qədər podiuma qalxa bilməsə, Ferrari ilə bu nəticəni əldə etmək üçün ən çox yarışa ehtiyac duyan pilot kimi tarixə düşəcək. Hələlik isə bir neçə şansı qalır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni