More

    Norris Piastri ilə mübarizədə qalib gəldi – Macarıstan Qran-prisinin qalibi oldu

    Avqustun 3-də Formula 1-in mövsümdəki 14-cü yarışı başa çatdı. Əfsanəvi Hungaroring trasında McLaren pilotu Lando Norris Macarıstan Qran-prisinin qalibi oldu.

    İkinci yeri onun komanda yoldaşı Oskar Piastri tutdu — avstraliyalı pilot yarışın son dövrələrində birinciliyi qoparmağa çalışsa da, britaniyalı üstünlük əldə saxladı.

    Mercedes pilotu Corc Rassell isə podiumun üçüncü pilləsini tutdu. Ferrari pilotu Şarl Lekler, möhtəşəm sıralanma turundan sonra birinci mövqedən start alsa da, yarışın ikinci hissəsində üç mövqe gerilədi və liderliyini itirdi.

    Startda Lekler hər iki McLaren pilotunun önündə qaldı, Lando Norris isə səhv və Rassell ilə Alonsonun uğurlu hərəkətləri nəticəsində 5-ci yerə qədər gerilədi. Liderlərdə ilk dəyişikliklərdən biri Piastrinin pit-stopu oldu — bu onu bir neçə pillə geri saldı və Lekleri də pitə getməyə məcbur etdi.

    Norris isə alternativ strategiyaya keçərək 38 dövrə qalmış tək pit-stop planı ilə təzə sərt təkərlərə keçdi.

    Liderlərin ikinci pit-stoplarından sonra Norris liderliyi ələ keçirdi, bu zaman Lekler bolidlə bağlı problemlər yaşayırdı və tempi zəifləyirdi. Əvvəlcə onu Piastri, daha sonra isə Rassell ötdü.

    Lakin yarışın taleyini həll edən əsas duel Piastri ilə Norris arasında son dövrələrdə baş verdi. Hər iki McLaren pilotu dövrə geridə qalanları keçdikdən sonra 4 dövrəlik gərgin mübarizə apardı və qalib britaniyalı Norris oldu.

    Yekun sıralama:

    1. Lando Norris (McLaren)
    2. Oskar Piastri (McLaren)
    3. Corc Rassell (Mercedes)
    4. Şarl Lekler (Ferrari)
    5. Fernando Alonso (Aston Martin)
    6. Qabriel Bortoletto (Sauber)
    7. Lens Stroll (Aston Martin)
    8. Liam Lawson (Racing Bulls)
    9. Maks Ferstappen (Red Bull)
    10. Andrea Kimi Antonelli (Mercedes)
    11. İsak Hacar (Racing Bulls)
    12. Lüis Həmilton (Ferrari)
    13. Niko Hülkenberq (Sauber)
    14. Karlos Sayns (Williams)
    15. Aleks Albon (Williams)
    16. Pyer Qasli (Alpine)
    17. Esteban Okon (Haas)
    18. Franko Kolapinto (Alpine)
    19. Yuki Tsunoda (Red Bull)

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni