İki güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Avqustun 17-də Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı start götürüb. Sport-az.com xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.

  • Nurlan Ağazadə (70 kq) debüt görüşündə kanadalı Keyd Braunu 9:2 hesabı ilə üstələyib. 1/8 finalda qırğızıstanlı Zalkarbek Tabaldiyevə 5:2 qalib gəlib. Çinə Tao Veini vaxtından əvvəl (12:2) məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda moldovalı Aleksandr Qaydarliyə 4:7 hesabı ilə uduzan Ağazadə bürünc medal uğrunda yarışacaq.
  • Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabı ilə uduzub.
  • Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevə uduzub – 2:12.
  • Yusif Dursunov (125 kq) startda çinli Ruljie Lin “tuş”la məğlub edib, gürcüstanlı Aleksandre Abramişvilini isə 5:0 hesabı ilə üstələyib. Yarımfinalda iranlı Abolfazl Nejadla qarşılaşan Dursunov 1:1 hesabı ilə sonuncu xal prinsipinə əsasən finala yüksələ bilməyib və bürünc medal uğrunda güləşəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni