More

    Azərbaycan milli komandasının heyəti açıqlanıb

    Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmaları ilə keçiriləcək oyunlar üçün heyətini açıqlayıb.

    Sport-az.com xəbər verir ki, baş məşqçi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların siyahısını təqdim edib. Oktyabrın 7-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı futbolçular daxildir:

    Qapıçılar:

    1. Mehdi Cənnətov – Sumqayıt
    2. Rza Cəfərov – Neftçi
    3. Aydın Bayramov – Zirə

    Müdafiəçilər:
    4. Bəhlul Mustafazadə – Qarabağ
    5. Abbas Hüseynov – Qarabağ
    6. Qismət Alıyev – Zirə
    7. Rahil Məmmədov – Radomiak Radom (Polşa)
    8. Zamiq Əliyev – Eqnatia (Albaniya)
    9. Bədavi Hüseynov – Qarabağ
    10. Anton Krivotsyuk – Daejeon Hana Siti (Cənubi Koreya)
    11. Şəhriyar Əliyev – Turan Tovuz
    12. Elvin Cəfərquliyev – Qarabağ

    Yarımmüdafiəçilər:
    13. Coşqun Diniyev – Bandırmaspor (Türkiyə)
    14. Elvin Camalov – Sabah
    15. Aleksey İsayev – Qarabağ
    16. Xəyal Nəcəfov – Turan Tovuz
    17. Ceyhun Nuriyev – Zirə
    18. Emin Mahmudov – Neftçi
    19. Toral Bayramov – Qarabağ
    20. Ozan Can Kökçü – HJK (Finlandiya)
    21. Rüstəm Əhmədzadə – Zirə

    Hücumçular:
    22. Ramil Şeydayev – Neftçi
    23. Mahir Emreli – Nürnberg (Almaniya)
    24. Renat Dadaşov – Ankaragücü (Türkiyə)

    Millimiz oktyabrın 7-də toplanacaq və oktyabrın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçirəcək. Komanda oktyabrın 9-da Estoniyanın paytaxtı Tallinə yollanacaq və oktyabrın 10-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxacaq. Millimiz Estoniya yığması ilə görüşdən sonra, oktyabrın 12-də Bakıya qayıdacaq və Slovakiya ilə matç üçün hazırlıqlara başlayacaq.

    Qeyd edək ki, Azərbaycan milli komandası oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlayacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni